Bakıda 61 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda 61 yaşlı kişi yıxılıb ölüb.

Hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi zamanı baş verib.

Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Asif Babayev tikinti sahəsində fəhlə işləyərkən evin pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.**milli.az

19.01.2026 19:36
967