Bakı neftinin qiyməti dəyişdi - bu axşam atəşkəs olmasa...

Dünya bazarında neft qiymətlərindəki qeyri-sabitlik fonunda Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində bahalaşma müşahidə olunur.

Musavat.com xəbər verir ki, son ticarət əməliyyatları zamanı "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,02 ABŞ dolları və ya 5,8 % artaraq 110,51 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 105,96 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,06 ABŞ dolları və ya 6 % artaraq 107,39 ABŞ dolları təşkil edib.

Təhlilçilər qeyd edirlər ki, qiymətlərin korreksiyası qlobal iqtisadi gözləntilər və regiondakı gərginliklə birbaşa bağlıdır. Xüsusilə Yaxın Şərqdəki geosiyasi vəziyyət və mümkün atəşkəs danışıqları treyderlərin əsas diqqət mərkəzindədir. Bazarda yaranan bu "tənəffüs" qiymətlərə basqı etsə də, investorlar bu axşam gözlənilən siyasi qərarları həyəcanla izləyirlər.

Ekspertlərin fikrincə, əgər bu axşam gözlənilən siyasi razılaşma və ya atəşkəs baş tutmasa, enerji daşıyıcılarının qiymətində yenidən kəskin sıçrayışlar qaçılmaz ola bilər.

Musavat.com

21.04.2026 10:15
4565