Bakı metrosunda sərnişin öldü

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin vəfat edib.

Bu barədə Musavat.com QSC-yə istinadən xəbər verir.

Məlumata görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

22.10.2025 18:55
1150