Bakı dünyanı heyrətləndirdi - Afrikaya silah satışı...

Ekspert: “Süni intellektin hərbi texnologiya sahəsində tətbiqində də işlər görülür” 

Synapline Azərbaycan şirkəti süni intellektlə (Sİ) işləyən naviqasiya sistemini təqdim edib. "Reuters" xəbər verir ki, sistem hətta GPS siqnalları boğulduqda belə dronların işləməsinə imkan verir.

Mühəndis Aqil Bilalovun sözlərinə görə, artıq ərəb və Afrika ölkələri şirkətin gələn il beynəlxalq müştərilərə təqdim etməyə başlamağı planlaşdırdığı proqram təminatına maraq göstərib. “Afrikaya böyük ümidlərimiz var”, - deyə o qeyd edib.

Bu nə sistemlərdir belə? Azərbaycan süni intellektin hərbi texnologiya sahəsində tətbiqində nə dərəcədə irəli gedə bilib? 

Bu sahədə ölkəmizi qonşularımızdan İran, Rusiya və Ermənistanla müqayisə etdik. 

Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola  bilməz” - MÜSAHİBƏ | Modern.az

Emin Həsənli 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət ayırdığını qeyd etdi: “Son dövrlərdə hərbi texnologiyanın tətbiqində Azərbaycanın öndə olduğunu görürük. 44 günlük Vətən müharibəmizdə də biz bunun şahidi olduq. Azərbaycan dövləti dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıq edir, dünyada gedən prosesləri yaxından izləyir. Hər zaman çalışır ki, öncül ölkələrdən biri olsun. Süni intellektin hərbi texnologiya sahəsində tətbiqində də Azərbaycan dövləti sistemli işlər görür. Bütün qoşun növlərində ən müasir texnologiyanın tətbiqi həyata keçirilir. Müdafiə Sənayesi Nazirliyi bu istiqamətdə silahların hazırlanmasına çox böyük önəm verir, yeni texnologiyaların hazırlanmasına ciddi diqqət ayrılır. Azərbaycan bu istiqamətlərdə 30-40 il öncə qabaqcıl sıralarda olan ölkələri qabaqlayır. Gələcəkdə də ən ön sırada olan ölkələrdən biri olacaq. Buna qətiyyən şübhə etmirik. Çünki bu, Azərbaycanın dövlət siyasətidir”.

Əli Orucov: “Trampın yürütdüyü siyasət Kremlin maraqlarına xidmət edir”

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın bu sahədə potensialının kifayət qədər yüksək olduğunu qeyd etdi: “Azərbaycan son dövrlər müdafiə sənayesini xeyli təkmilləşdirə bilib. Ən müasir texnologiya və yüksək intellektual tətbiqi sayəsində istehsal edilən müxtəlif təyinatlı silahları uğurla sınaqdan çıxarıb. Hələ kiçik həcmdə də olsa dünya silah bazarına çıxış imkanı əldə edib. Azərbaycan silahlı qüvvələrində bir sıra atıcı silahlar ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində önəmli paya sahibdir. Dövlətin qarşıya qoyduğu vəzifələrdən biri də dünya silah bazarında möhkəmlənmək və genişlənməkdir. Təkcə Afrika ölkələri deyil, hətta başqa qitələrdən olan ölkələr də Azərbaycan silahlarına maraq göstərir. Qürurverici haldır ki, hər il keçirilən beynəlxalq silah yarmarkasında Azərbaycana ayrılan guşə hər dəfə daha da böyüyür və diqqəti özünə artırır. Bu son nailiyyətlər xüsusən də süni intellektlə idarə oluna bilən, ən müasir texnologiyaya əsaslanan yüksək dəqiqlikli müdafiə məhsullarıdır. 44 günlük müharibə göstərdi ki, cəbhədə üstünlüyü ağır hərbi texnikanın vasitəsi ilə deyil, təkmilləşdirilmiş texnoloji aparatlarla, elektron sistemlərlə və bu kimi silahlarla qazanmaq olur. Bu qələbə dünyadakı ənənəvi döyüş strategiyasını da, baxışları də kökündən dəyişdi, bu bir inqilab idi. Ümid edirəm ki, dövlətimiz qarşısına qoyduğu beynəlxalq silah bazarında qabaqcıl yerlərdən birini tutmaqla bağlı hədəfinə yaxın müddət ərzində çata biləcək. Silah bazarı ən çox gəlir gətirən sahələrdən biridir. Hər il milyard dollarla silah satışı həyata keçirilir. Azərbaycanın bu bazarda fəal iştirakı üçün baza və potensial da var”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

16.12.2025 10:18
1274