Azərbaycanlı gəncə “Telegram” paylaşımına görə 15 il həbs verildi – Foto

Murmanskda azərbaycanlı gənc həbs olunub.

Musavat.com xəbər verir ki, Rafael Məmmədov dövlətə xəyanətdə ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, o, “Telegram” platformasında fəaliyyət göstərən “Azad Laplandiya” kanalında Murmanskla bağlı memlər paylaşdığı üçün cəzalandırılıb. Bildirilir ki, sözügedən kanalın cəmi 300 abunəçisi var.

Qeyd edək ki, Rafael Məmmədov Murmansk Dəniz Akademiyasının keçmiş tələbəsidir.

Murmansk.jpg (175 KB)


Şahanə Rəhimli
Musavat.com

03.06.2026 12:58
715