Azərbaycanda gəmi kapitanı vəfat etdi - FOTO

Azərbaycanda gəmi kapitanı vəfat edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, kapitan Elşən Əhmədovun ölümünə ürək tutması səbəb olub.

Məlumata əsasən, E. Əhmədov bu yaxınlarda atasını da itirib. O, bununla əlaqədar Avropaya etdiyi dəniz səfərini yarımçıq saxlayaraq Azərbaycana qayıdıbmış.

Allah rəhmət eləsin!

Şahanə Rəhimli
Musavat.com

10.07.2026 11:20
1329