2025-ci ildə aqrar istehsalçılara dəyən zərərə görə rekord həcmdə sığorta ödənişi həyata keçirilib.
Musavat.com Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, ötən il ölkənin müxtəlif ərazilərindəki fermer və təsərrüfatlara ümumilikdə 9 milyon 147 min manat sığorta ödənişi edilib.
Bu əvvəlki ildə edilmiş ödənişlərlə müqayisədə 2,7 milyoln manat və ya 43 faiz çoxdur.
2025-ci ildə həyaat keçirilən sığorta ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Ödənişlərin əsas hissəsi meyvə bağları - şaftalı, nektarin, badam, taxıl, qarğıdalı və sair bitkilərə aid olub.
Ümumilikdə, 2020-ci ildə fəaliyyətəə başlayandan indiyədək Aqrar Sığorta Fondu tərəfindən 22,6 milyon manat sığorta ödənişi həyata keçirilib.
Fond fermer və təsərrüfatlara 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə 6,4 milyon manat ödəniş həyata keçirib.
Xatırladaq ki, aqrar sığorta əkin sahələrini, meyvə bağları və sair təsərrüfatları təbiət hadisələri, dolu, sel-subasma, fırtına-qasırğa, yanğın, şaxtavurma, leysan, yoluxucu xəstəliklər, ilan və həyşarat sancması, zəhərlənmə, və sair risklərdən qoruyur.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarasını dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatları sığorta edə bilərlər.
Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.
Musavat.com