Azərbaycan nefti bu gün neçəyədir? SON QİYMƏTLƏR

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,55 ABŞ dolları və ya 4,68% azalaraq 113,01 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 118,56 ABŞ dolları təşkil edib.

Qiymətlərin kəskin dəyişməsi regiondakı geosiyasi gərginlik və hərbi əməliyyatların təsiri ilə əlaqələndirilir. Məlumat üçün bildirək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları məbləğində götürülüb.

Musavat.com

16.04.2026 12:44
3363