AZAL: Naxçıvan reyslərində gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur

 

"Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.

Bu barədə Musavat.com-a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

05.07.2026 09:43
903