Ayxan Hacızadə: “Naxçıvan Muxtar Respublikasında İdarə ləğv edilməyib”

XİN-in Naxçıvan Muxtar Respublikasında İdarəsi ləğv edilməyib.

Bunu Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

A.Hacızadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2025-ci il tarixli 383 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında yeni Əsasnamə və XİN-in yeni strukturu təsdiq olunub.

“Təsdiq edilmiş struktura əsasən, XİN-in Naxçıvan Muxtar Respublikasında idarəsi Nazirliyin Aparatına daxil edilib. Beləliklə, XİN-in Naxçıvan Muxtar Respublikasında İdarəsi ləğv edilməyib, sadəcə digər idarələr kimi Nazirliyin Aparatının struktur bölməsi kimi müəyyən edilib”, - deyə Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, bir sıra saytlarda Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

03.12.2025 11:12
2307