"Aygünü təyyarədə yatmağa qoymadıq" - Röya fotolardan danışdı

Xalq artistləri Aygün Kazımova və Röya Ayxan illər sonra bir araya gəliblər. 

Röya uzun aradan sonra Kazımova ilə birgə görüntülərini paylaşmasına münasibət bildirib:

“Biz həmişə görüşürdük. Məclislərdə salamlaşırdıq, bir yerdə uçurduq, gedib-gəlirdik. Amma axırını gətirmirdik, bu dəfə nöqtəni qoyduq. Onu təyyarədə yatmağa qoymadıq. Pis göz-nəfsdən uzaq olaq, qəşəng layihələrimiz olsun. Hamı sevinir. Maşallah”. (Axşam.az)

29.11.2025 23:16
1237