Aygün Abasova VƏFAT ETDİ

Azərbaycan Milli Xalça Muzeyinin kollektivinə ağır itki üz verib.

Musavat.com xəbər verir ki, muzeyin Mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün Abasova yanvarın 1-i 57 yaşında vəfat edib.

Qeyd edək ki, A.Abasova muzey sahəsində peşəkar fəaliyyətinə görə 2017-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

03.01.2026 12:00
1667