Avtomobil qayadan aşdı - Bir ailənin 3 üzvü xəsarət aldı

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

"KIA" markalı minik avtomobili hərəkətdə olarkən qarlı hava şəraiti səbəbindən sürüşərək idarəetmədən çıxıb və qayadan aşıb.

Hadisə zamanı bir ailənin 3 üzvü - sürücü, onun həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

03.01.2026 16:37
637