Arxiyepiskop Arşakı narkotik ittihamı ilə həbs edəcəklər 

İki aylıq həbslə bağlı qərar qəbul etmək istəyirlər. Əminəm ki, artıq qərar mövcuddur.

Musavat.com-un məlumatına görə, bunu dekabrın 5-də Ermənistanda məhkəmə binasında jurnalistlərlə söhbətində saxlanılmış arxiyepiskop Arşak Xaçatryanın vəkili Arsen Babayan deyib.

“Arxiyepiskop Arşaka qarşı birbaşa sübut yoxdur. Onun narkotiki bel çantasına yerləşdirdiyi ehtimal edilir”, - vəkil bildirib.

Qeyd edib ki, 2018-ci ildən baxılan iş üzrə sonuncu tədbir 2025-ci ilin iyulunda həyata keçirilib, 4 dekabr 2025-ci ildə isə istintaq qrupu yaradılıb.

“Başqa sözlə, istintaq qrupu yaradılıb və arxiyepiskop saxlanılıb. Onlar 7 il araşdırma apardılar, lakin hələ də narkotiklərin çantaya necə düşdüyünü anlaya bilməyiblər. Bu işin hüquqşünaslıqla heç bir əlaqəsi yoxdur”, - Babayan deyib.

Qeyd edək ki, İstintaq Komitəsi arxiyepiskop Arşaka qarşı qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə ictimai cinayət təqibinin başlandığını elan edib.

Musavat.com

05.12.2025 11:28
466