Aqrar festivallarda satış həcmi AÇIQLANDI

Bu il Azərbaycanda aqrar sahə üzrə təşkil edilən festivallarda satış həcmi 8 milyon manatdan çox olub.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

O, keçən il bu rəqəmin 6 milyondan çox olduğunu vurğulayıb:

“Bu ildən başlayaraq bölgələrdə aqrar sahədə dövlət dəstəyi üzrə panel müzakirəsi keçirilir. Bu il 14 panel müzakirəsi keçirmişik. Bu panellərdə bir sıra dövlət qurumlarının mütəxəssisləri iştirak edib.

Eyni zamanda bu tədbirlər çərçivəsində mövsümün toxum-sərgi satış yarmarkaları keçirilib. Xüsusən də builki yarmarkalar 10 hektardan çox əkilən buğda və 100 hektardan çox əkilən arpa sahəsi olan fermerlərin daha çox olduğu bölgələrdə təşkil olunub”.

Nigar HƏSƏNLİ,
Musavat.com

17.12.2025 12:39
573