APA TV-nin 11 yaşı tamam olur

Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasından 11 il ötür.

2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayan APA TV bir çox ilklərə imza atmağı bacarıb.

"APA Group”un tərkibinə daxil olan televiziyada gündəlik xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim olunur.

APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.

Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.

APA TV-nin qurucusu “APA Holdinq”in sahibi Vüsalə Mahirqızıdır.

"Yeni Müsavat Media Qrupu" olaraq biz də həmkarlarımızı təbrik edir, işlərində uğurlar diləyirik.

29.05.2024 13:25
411