Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Ləkçıplaq kəndində baş verib.

Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb.

Körpə aldığı xəsarətlər nəticəsində vəfat edib. Hadisənin dəqiq təfərrüatları araşdırmadan sonra məlum olacaq.

07.09.2026 15:54
612