Amerika erməniləri kosmosa aparır

ABŞ dövlət katibinin birinci müavini Riçard Verma iyunun 17-19-da Ermənistana səfər edəcək. ABŞ rəsmisi İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirəcək.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Dövlət Departamentində idarəetmə və resurslar məsələlərini kurasiya edən Verma ilə bərabər Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarını təmsil edən nümayəndə heyəti İrəvana gəlir. Onlar dövlət və özəl sektorun nümayəndələri ilə də görüşlər keçirəcək.

İyunun 11-də İrəvanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen və Ararat Mirzoyanın iştirak etdiyi ABŞ-Ermənistan strateji dialoqunun raundu keçirilib. Görüşdən sonra verilən birgə bəyanatda qeyd olunub ki, Ermənistan və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcək, xüsusən də Vaşinqton Ermənistanın hərbi sektorunda və hüquq-mühafizə sistemində islahatları dəstəkləyəcək. Sənəddə qeyd olunur ki, tərəflər bütün sahələrdə əməkdaşlığı gücləndirməyə və onun statusunu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə sadiq olduqlarını bildiriblər. ABŞ enerji sektoru ilə bağlı məsələlərdə də Ermənistana dəstək vermək niyyətindədir. 

Screenshot_2.png (429 KB)

ABŞ Ermənistanın Artemida sazişini imzalamasını alqışlayır. “Armenpress”in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. “Dünən NASA-nın Vaşinqtondakı mənzil-qərargahında keçirilən mərasimdə Ermənistan Artemida sazişini imzalayan 43-cü ölkə oldu. Artemida Sazişləri 2020-ci ildə ABŞ və digər yeddi ölkə tərəfindən kosmosun tədqiqi və istifadəsini tənzimləyən praktiki prinsiplər toplusunu yaratmaq üçün təsis edilib.

“Birləşmiş Ştatlar Ermənistanla artan ikitərəfli əməkdaşlığı qiymətləndirir və baş nazir Paşinyanın Cənubi Qafqaz regionunda sülh və rifahı təşviq etmək səylərini dəstəkləyir” deyə, - Dövlət Departamentinin bəyanatında deyilir.

Musavat.com

14.06.2024 01:42
1069