AMEA-da aşan ağac girişi bağladı: İsa Həbibbəyli binaya daxil ola bilmədi - FOTO

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Musavat.com-a bildirilib ki, ağac ərazidən götürülüb.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində böyük ağac aşıb.

Musavat.com-un Manset.az-a istinadla məlumatına görə, güclü yağışlar nəticəsində ağacın kök hissəsi boşalıb və bu səbəbdən ağac aşıb. Akademiyanın həyətinə giriş bağlanıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibəyli akademiyaya gəlsə də, içəri daxil ola bilməyib və alternativ girişə yönləndirilib.

Hazırda ağacın doğranması və ərazinin təmizlənməsi işləri aparılır.

 
05.12.2025 12:01
1462