“Allah keçmiş ərimi başımdan əskik etməsin” - Məşhur aktrisa

Xəbər verildiyi kimi, tanınmış aktrisa Pelin Karahan 2014-cü ildə ailə qurduğu Bedri Güntaydan boşanıb.

Musavat.com xəbər verir ki, aktrisa ayrıldıqdan sonra “CNBC-e”də Səba Tümerin verilişinə qonaq olub.

O, çətin prosesdə yaşadıqlarından danışıb:

“Əgər evləndikdən sonra işimdən və karyeramdan imtina etsəydim, bu qərarı verə bilməzdim, indi burada oturmazdım. Xəyanət iddiaları tamamilə yalandır. Əlbəttə ki, enişli-yoxuşlu günlərimiz də olub. Başqa səbəblərimiz də var idi.

Çox mehriban şəkildə ayrıldıq. Boşanma prosesinə birlikdə getdik və birlikdə evə qayıtdıq. Hələ də hər gün danışırıq. Biz yalnız ər-arvad münasibətlərini pozduq. Amma çox yaxşı dost qalmağı bacardıq. Bedri çox yaxşı dost və atadır. Yaxşı və pis günlərdə də birlikdəyik. Allah Bedrini bizimlə saxlasın”.

Könül
Musavat.com

14.05.2026 13:59
1491