SETI İnstitutunun tədqiqatçıları hesab edirlər ki, yerdənkənar texnologiyalara aid mikroskopik hissəciklər və ya qalıqlar milyardlarla il ərzində Ayın səthində toplanmış ola bilər.
Musavat.com xəbər verir ki, alimlərin fikrincə, Ay bu cür “arxeoloji” axtarışlar üçün Yer kürəsindən daha əlverişlidir.
Çünki burada atmosfer, su və aktiv geoloji proseslər yoxdur və bu amillər zaman keçdikcə belə izləri məhv etmir.
Bu səbəbdən texnoloji sivilizasiya milyardlarla il əvvəl mövcud olmuş olsa belə, onun kosmik fəaliyyətindən qalan hissəciklər nəzəri olaraq bu günə qədər Ayın səthində qorunub qala bilər.
İndiyədək SETI əsasən radio teleskoplarından istifadə etməklə yadplanetli sivilizasiyaların axtarışını aparıb. İndi isə alimlər onların izlərini sözün əsl mənasında Ayın tozunda axtarmağı təklif edirlər.
Musavat.com