Aleksey Navalnının vəkillərinin işi məhkəməyə göndərilib

Rusiya müxalifətinin mərhum lideri Aleksey Navalnının üç vəkilinin işi Vladimir vilayətinin Petuşinski rayon məhkəməsi tərəfindən qeydə alınıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məhkəmə materialında deyilir.

Məhkəmənin ərazisində, Pokrovda ümumi rejimli IK-2 koloniyası var - Navalnı 2021-ci ildə Rusiyaya qayıtdıqdan sonra ilk olaraq ora göndərilib. Daha sonra o, bu koloniyada cinayət işi üzrə mühakimə olunub.

Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin ekstremist icmada iştirakda ittiham olunurlar. Müstəntiqlərin sözlərinə görə, onlar mütəmadi olaraq həbsxanada olan müxalifətçinin məktublarını onun tərəfdaşlarına ötürür, bu yolla onun təşkilata rəhbərlik etməsinə yardımçı olurmuşlar.

Mayın 28-də Kobzev və Liptserin həbs müddəti ekstremist icmada iştiraka görə uzadılıb.

Mayın 1-də ABŞ İK-3 saylı cəzaçəkmə koloniyasında tibb xidməti və sosial iş şöbəsinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

Bundan əvvəl Parisin meri Hidalqo şəhərin bir küçəsinə Aleksey Navalnının adının veriləcəyini bildirib.

Musavat.com

12.06.2024 16:04
292