Aleksanyan niyə həbs edilib?

Ermənistanda seçki öncəsi rezonans doğuran iş üzrə yeni qərar verilib.

Musavat.com erməni medsiasına istinadən xəbər verir ki, “Güclü Ermənistan” partiyasının üzvü, iş adamı Aleksan Aleksanyan (“Alik SVRovski”) barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatı Ermənistan İstintaq Komitəsi yayıb. Bildirilir ki, Aleksanyan iyunun 2-də saxlanıldıqdan sonra məhkəmə onun iki ay müddətinə həbsinə qərar verib. İstintaqın məlumatına görə, Aleksanyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 2-ci hissəsi (toplantılarda iştiraka görə maddi stimullaşdırma) və 296-d maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə iri məbləğdə çirkli pulların yuyulması) üzrə ictimai cinayət təqibi başlanıb. Rəsmi versiyaya əsasən, istintaq çoxsaylı şəxslərin maddi maraq müqabilində proseslərə cəlb edilməsi və böyük həcmdə maliyyə vəsaitlərinin leqallaşdırılması ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Aleksan Aleksanyan Ermənistanda iri biznes və siyasi əlaqələri ilə tanınan fiqurlardan hesab olunur. Onun həbsi parlament seçkiləri öncəsi siyasi mübarizənin daha da sərtləşməsi fonunda baş verib.

Musavat.com

03.06.2026 13:45
443