Aksiyaçılar Paşinyanın qarşısını kəsməyə getdilər - VİDEO

İrəvanda “Vətən uğrunda Tavuş” hərəkatının nümayəndələri hökumət binasına doğru yürüş edirlər. 

Arxiyepiskop Baqrat Qalstanyan etirazçılara bildirib ki, Paşinyanın parlamentdən Hökumət Evinə getməsi barədə məlumat daxil olub. Ona görə də ora gedib ölkədə baş verənlərə görə ondan cavab tələb etmək lazımdır. 

İrəvanda parlament binasından hökumət evinə doğru gedən “Vətən uğrunda Tavuş” hərəkatının yürüşündən kadrları təqdim edirik: 

Aksiyaçıların Hökumət Evinə doğru yürüşündən sonra polislər Hökumət Evinin qarşısına göndərilib. Hazırda Hökumət Evinin qarşısında polislərdən canlı sədd yaradılıb. 

 

Bu dəqiqələrdə hökumət binasındakı vəziyyət kadrlarda təqdim etdiyimiz kimidir: 

12.06.2024 23:06
1489