Ağstafada 25 yaşlı oğlan bıçaqlandı

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Musavat.com Azərtac-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 2001-ci il təvəllüdlü H.Sadıqov bıçaqlanma diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

07.09.2026 14:48
553