AÇ: Azərbaycanlı məşhurlar hansı komandanı dəstəkləyir?-Heyrətamiz cavablar, ilginc proqnozlar

 

 

Xəbər verdiyimiz kimi, iyunun 14-də Almaniyada Almaniya-Şotlandiya matçı ilə futbol üzrə növbəti Avropa çempionatının final mərhələsi start götürüb. Almaniya yığması Avropa çempionatında ilk qələbəsini qazanıb. Almaniya Şotlandiya ilə bu vaxtadək keçirilən bütün oyunlarda demək olar ki, böyük top fərqi ilə qalib gəlib. Yalnız Avro 1992-də daha az - 2:0 hesabı qeydə alınıb. Daha bir dəfə də almanlar şotlandları məğlub edə bilməyiblər: 2006-cı il Dünya Kubokunun seçmə mərhələsində komandalar heç-heçə oynayıblar.

Dünya çapında azarkeşlər, futbol mütəxəssisləri hansı komandanın çempion olacağına dair fərqli proqnozlar verirlər.

Bəs Azərbaycanda vəziyyət necədir? Hamımızın tanıdığı ictimai simalar hansı komandanı dəstəkləyir, kimin qalib olacağını proqnozlaşdırır?

Fazil Mustafa güllələndi — Yenilənib

Milli Məclisin deputatı Fazil Mustafa Musavat.com-a Türkiyəni dəstəklədiyini bildirib: “Çempion isə Almaniyanın olma ehtimalı böyükdür. İkinci dəstəklədiyim komanda elə Almaniyadır. Çünki komandanın kapitanı İlkay Gündoğan da türkdür və Emre Can da orada oynayır, dünən qol da vurdu. Çox gözəl bir komanda formalaşdırıblar”.

Aqil Abbas Gədəbəyin icra başçısını sərt tənqid etdi: "FETÖ at oynadır"

Deputat Aqil Abbas da Musavat.com-a fikirlərini deyib: “Çempionatda Almaniyanın qalib gələcəyini düşünürəm. Bu komandanı bəyənirəm, ən azı ona görə ki, orada iki türk iştirak edir. Kapitanlar da türkdür. Həm də gözəl futbol nümayiş etdirirlər. Çempion da Almaniya olacaq”.

Səfər Əbiyev Ədalət Verdiyevi hərbidən niyə uzaqlaşdırıb? – Özü açıqladı -  GlobalInfo.az

Hərbi ekspert Ədalət Verdiyev Musavat.com-a Türkiyə yığmasına azarkeşlik etdiyini deyib: “Amma Avropa çempionu İtaliya, Portuqaliya və çox böyük şansları olan Almaniya komandası ola bilər. Kim güclüdürsə, o qazansın. Təbii ki, bizim ürəyimiz, dəstəyimiz Türkiyə üçün olmalıdır. İnşallah Türkiyə yığması bizi sevindirər”.

Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, tanınmış esseist Qismət Rüstəmov isə finala Almaniya ilə Fransanın çıxacağını hesab edir.

1024px-Qismət_Rüstəmov.jpg (189 KB)

Hərbi ekspert Səxavət Həmid də Musavat.com-a fikirlərini açıqlayıb: “Gözlədiyim kimi Almaniya çempionata əla başladı. Alman futbolunun fanatıyam. Ancaq realist adamam, Fransa hazırda dünyanın ən güclü heyətinə sahibdir. Almaniyanı dəstəkləsəm də, Fransanın çempion olacağını düşünürəm”.

AIdro_kgzTnPyBKDfQp2fUnQ0HHmRJHa.jpg (119 KB)

Yazıçı Nemət Mətin də çempionat barədə fikirlərini öz sosial media hesabından paylaşıb:

61adc822b35f461adc822b35f5163877.jpg (201 KB)

“Nəhayət ki, Avropa çempionatı başladı. Portuqaliya qalib olsa, sevinərəm. 39 yaşlı Ronaldo və 41 yaşlı Pepe ard-arda ikinci dəfə çempion olsalar, tarix yazmış olacaqlar. Futbol dərindən düşündürməsə də, verdiyi həyəcan yüksək səviyyədədir. İstər oynayan zaman, istərsə də seyr edəndə adrenalin artır. İnsanlara da adrenalin həmişə azlıq edir. Çünki hamımız sakit, monoton həyat yaşayırıq. Sistemə qapalı, çərçivələnmiş həyat tərzimiz formalaşıb. Futbol necə varıqsa, elə göstərir bizi. Kim əclafdırsa, meydanda da əclaf olur. Döyüşkən ruhlu, amma mərhəmətli olanlar meydanda da elə olur. Qol vurulan zaman futbol azarkeşləri bütün emosiyalarını bayıra atır. Qışqırır, tullanır, formasını cırır, ağlayır və ya gülür. Yalnız emosiyalardan azad olandan sonra düşünmək həzz verir. Portuqaliya çempion olsa, qonaqlıq sözüm yerindədir”.

Bu gün XVII Avropa çempionatı başlayır

Qeyd edək ki, bir ay çəkəcək (14 iyun-14 iyul) yarış 6 qrup üzrə 24 ölkə millisi arasında keçiriləcək. Turnirdə mübarizə aparacaq qruplar və komandalar isə bunlardır:

A qrupu:

Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə.

B qrupu:
İspaniya, Xorvatiya, İtaliya, Albaniya.

C qrupu:
Sloveniya, Danimarka, Serbiya, İngiltərə. D qrupu: Hollandiya, Fransa, Polşa, Avstriya. E qrupu: Ukrayna, Slovakiya, Belçika, Rumıniya.

F qrupu:
Portuqaliya, Çexiya, Gürcüstan, Türkiyə.

Afaq MİRAYİQ,
Musavat.com

 

15.06.2024 13:33
1307