İsrail Livanın paytaxtı Beyrutun cənub ətraflarına güclü zərbə endirməyi planlaşdırsa da, ABŞ-nin müdaxiləsindən sonra əməliyyat son anda təxirə salınıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin Kan News telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Beyrutun cənub məhəllələrinə genişmiqyaslı hücum hazırlayıb. Lakin ABŞ rəsmilərinin müdaxiləsindən sonra planlaşdırılan zərbə həyata keçirilməyib.
Qeyd edilirki, Netanyahu Beyrutun Dahye şəhərinə qarşı zərbələri dayandırmağı əmr edib.
Musavat.com