ABŞ rəsmisi Aİ-ni hədələdi: Cavab tədbirləri görəcəyik

Avropa İttifaqı Amerika şirkətlərinin fəaliyyətini məhdudlaşdırmağa davam edərsə, ABŞ cavab tədbirləri görəcək.

Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir X hesabında çıxış edib: "Əgər Aİ və onun üzv dövlətləri ABŞ xidmət təminatçılarının rəqabət qabiliyyətini məhdudlaşdırmaq və maneə törətmək üçün ayrı-seçkilik tədbirlərini davam etdirməkdə israr etsələr, ABŞ-ın bu əsassız tədbirlərə qarşı durmaq üçün bütün mövcud vasitələrdən istifadə etməkdən başqa çarəsi qalmayacaq".

Onun sözlərinə görə, ABŞ qanunvericiliyi zəruri hallarda xarici xidmətlərə rüsum və məhdudiyyətlər tətbiq etməyə imkan verir. ABŞ həmçinin "bu sahədə Aİ tipli strategiya izləyən" digər ölkələrə də oxşar yanaşma tətbiq edəcək.

Qeyd edək ki, ABŞ administrasiyası Avropa İttifaqı ilə ticarət sazişlərinin növbəti mərhələsini həyata keçirməyi və icma ilə "məcburi yazılı saziş" bağlamağı planlaşdırır. Ağ Ev "həll olunmamış məsələləri", o cümlədən Brüsselin ABŞ İT şirkətlərinə tətbiq etməyi planlaşdırdığı rəqəmsal xidmət vergiləri, ABŞ şirkətlərinə qarşı ayrı-seçkilik və əczaçılıq qiymətləri ilə bağlı məsələləri həll etmək niyyətindədir. Eyni zamanda, ABŞ rəsmisi bildirib ki, Avropanın tarif endirimlərinin davam etməsi ilə bağlı tələbləri danışıqların gedişatı ilə "uyğun gəlmir".

Musavat.com

17.12.2025 08:26
781