ABŞ Maliyyə Nazirliyi Lukoyl-la bağlı təklifi rədd etdi

ABŞ Maliyyə Nazirliyi Amerika bankı Xtellus-un Lukoyl  şirkətinin xarici aktivlərini almaq təklifini rədd edib.

Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi məsələ ilə tanış olan üç mənbəyə istinadən yayıb.

Qeyd edək ki, Xtellus Lukoyl-un xarici aktivlərini onun Amerika investorlarında saxlanan səhmləri ilə dəyişməyi təklif etmişdi.

Agentliyin mənbələri əvvəllər LUKOIL-un bu sxemi dəstəklədiyini bildiriblər. Reuters qeyd edir ki, bu sxem, 2022-ci il hadisələrindən sonra LUKOIL da daxil olmaqla, Rusiya səhmlərinə investisiyalarını silmək məcburiyyətində qalan BlackRock, JPMorgan və Goldman Sachs kimi Amerika aktiv menecerlərinin milyardlarla dollarlıq itkilərini kompensasiya etməyə kömək edəcək.

Agentliyin mənbələri bildiriblər ki, svop sxemi LUKOIL-ın xarici aktivlərini almaq üçün digər təkliflərdən daha mürəkkəbdir, çünki Rusiya neft şirkətinin qiymətli kağızlarına kimin sahib olduğunu açıqlamağı tələb edəcək.

Musavat.com

16.12.2025 00:53
535