ABŞ Kənd Təsərrüfatı Nazirliyi qlobal buğda istehsalına dair proqnozunu azaltdı

ABŞ Kənd Təsərrüfatı Nazirliyi bu il üzrə qlobal buğda istehsalına dair proqnozunu xeyli azaldıb.

Musavat.com nazirliyin bu gün açıqlanan iyun icmalına əsasən xəbər verir ki, dünya buğda məhsulu proqnozu 790,75 milyon tona (may proqnozunda 798,19 milyon ton), qaba taxıl - 1 milyard 511,19 milyon tona (1 milyard 512,62 milyon ton) qədər azaldılıb, qarğıdalı - 1 milyard 220,54 milyon tona (1 milyard 219 milyon ton) qədər artırılıb.

Nazirlik həmçinin yeni kənd təsərrüfatı ilində (iyul 2024-cü il - 2025-ci il iyun) Rusiyadan buğda ixracı proqnozunu 4 milyon ton azaldaraq 48 milyon tona endirib. May proqnozu 52 milyon ton idi. Bu azaldılma aprel-may aylarında Rusiyada müşahidə olunan şaxtalı hava, mayın sonu, iyunun əvvəlində isə quraqlığın buğda sahələrinə mənfi təsiri ilə bağlıdır.

Buğda bazarında Rusiyanın ən yaxın rəqibi olan Avropa İttifaqı üçün ixrac təxmini may ayındakı 34 milyon tondan 35 milyon tona yüksəldilib.

 

Musavat.com

12.06.2024 23:17
282