ABŞ İran və proksilərinə qarşı yeni sanksiya elan etdi

ABŞ Maliyyə Nazirliyi İraq, Livan və Birləşmiş Ərəb Əmirliklərindəki fərdlərə və şirkətlərə İran və Tehranın dəstəklədiyi təşkilatlarla əlaqələrinə görə sanksiyalar tətbiq edib.

Musavat.com nazirliyin saytında yerləşdirilən qərara istinadən xəbər verir ki, sanksiya siyahısına salınanlar Kətaib Hizbullah (KH) vfə Hizbullah-ı dəstəkləyən şirkət və fiziki şəxslərdir:

"Bu gün, İqtisadi Fırıldaqçı Əməliyyatının bir hissəsi olaraq, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran rejiminin terrorçu əlaltıları vasitəsilə Yaxın Şərqdə xaos yaratmasına imkan verən şəbəkələrə qarşı tədbir gördü. Bugünkü tədbir Kətaib Hizbullah (KH) və Hizbullahı dəstəkləyən təşkilatları və fərdləri hədəf alır".

Sanksiyalar siyahısına Kətaib Hizbullah-la əlaqəli İraq vətəndaşları və Hizbullah-la əlaqəli Livan vətəndaşları da daxil olmaqla 13 şəxs daxildir.

Sanksiya tətbiq olunanlar arasında Kətaib Hizbullah-ın dörd komandiri və üzvü var.

Beş şirkət və maliyyə qurumuna da sanksiya tətbiq edilib.

Musavat.com

11.09.2026 09:02
657