ABŞ Maliyyə Nazirliyi İran neftinin daşınması ilə məşğul olan 29 tankerə və onları idarə edən 20 şirkətə sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumat nazirliyin saytında dərc edilib. Sanksiya tətbiq edilən tankerlər arasında Arihant, Kurdos, Kurdos II, Kurdos III, Golden Eagle, Diana, Flora Dolce və Majesty var. Onların hamısı müxtəlif bayraqlar altında (Panama, Palau, Marşal Adaları, Barbados, Yamayka və Kuk Adaları) 2025-ci ilin əvvəlindən bəri yüz minlərlə və ya milyonlarla barel İran xam nefti, yanacaq, bitum, nafta və ya kondensat daşıyıb.
Sanksiyalar həmçinin BƏƏ, Panama, Hindistan, Marşal Adaları və digər yurisdiksiyalarda qeydiyyatdan keçmiş 17 gəmiçilik və idarəetmə şirkətinə də təsir edib. Eyni zamanda Vaşinqton Venesuela neft daşınmalarına təzyiqi artırır.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyaların məqsədi Tehranı hərbi və silah proqramlarının maliyyələşdirilməsi üçün istifadə edilən neft gəlirlərindən məhrum etməkdir.
Musavat.com