ABŞ Dövlət Departamentinin nümayəndəsi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirliyin paylaşımında bildirilir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həyatını qurban vermiş insanların xatirəsini ehtiramla yad edib.
Qeyd olunub ki, ziyarət zamanı şəhidlərin xatirəsinə hörmət ifadə olunub və onların fədakarlığı anılıb.
Musavat.com