ABŞ Fələstin Azadlıq Təşkilatının (FAT) və Fələstin Milli Hakimiyyətinin (FMH) üzvlərinə qarşı sanksiyaları genişləndirib.
Musavat.com xəbər verir ki, məlumat Dövlət Departamentinin açıqlamasında yer alıb:
"ABŞ Yaxın Şərq Sülh Öhdəlikləri Qanununun 604(a)(1) maddəsinə uyğun olaraq FAT üzvlərinə və FATH rəsmilərinə viza verməyi qadağan edən sanksiyaları genişləndirəcək".
Qeyd edək ki, Fələstin BMT-nin 148 üzvü tərəfindən tanınır. Fələstin səfirlikləri və daimi nümayəndəlikləri 95 ölkədə fəaliyyət göstərir.
Musavat.com