ABŞ-dən Rusiyanın “qara qızıl”ına “yaşıl işıq”

ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə bağlı sensasion açıqlama verib.

Musavat.com-un məlumatına görə, diplomat bildirib ki, ABŞ administrasiyası Rusiyanın neft sektoruna qarşı birtərəfli sanksiyalarının dayandırılmasını yenidən uzadacaq.

“Nəhayət, bu qərarı ABŞ-ın Maliyyə Nazirliyi verir. Amma mən sizə deyim ki, bu, həmin məqamdakı şəraitdən asılıdır”, - Rubio bildirib. Eyni zamanda Amerika diplomatiyasının rəhbəri qeyd edib ki, Vaşinqtonun Rusiyanın neft sektoru ilə bağlı siyasəti sanksiyaları saxlamaqdan ibarətdir.

Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib: “Biz bunu (güzəştlərin təmin edilməsi – red.) mümkün qədər tez yekunlaşdırmaq istərdik, çünki bu ölkənin əsas siyasəti onların neftinə qarşı sanksiyalar tətbiq etməkdir”.

ABŞ dövlət katibi vurğulayıb ki, Rusiyanın neft sektoruna qarşı sanksiyaların dayandırılması “ qlobal çıxışın təmin edilməsinə yönəlmiş müvəqqəti tədbirdir”.

Xatırladaq ki, mayın 18-də ABŞ Maliyyə Nazirliyi Rusiyadan tankerlərə yüklənmiş xam neft və neft məhsullarının satışına və daşınmasına icazə verən ümumi lisenziyanın müddətini iyunun 17-dək uzadıb. ABŞ-nin maliyyə naziri Skott Bessent əvvəllər ABŞ administrasiyasının Rusiyadan yüklənmiş xam neftin daşınmasına qarşı sanksiyalardan imtina etdiyini açıqlamışdı. O əlavə edib ki, bu addım qlobal neft bazarını sabitləşdirmək məqsədi daşıyır.

Musavat.com

03.06.2026 00:38
623