ABŞ-da fəaliyyət göstərən yeni bir startap insanlara vəfat etmiş yaxınları ilə “ünsiyyət qurmaq” imkanı təklif edir.
Musavat.com xəbər verir ki, "Daily Mail"in məlumatına görə, 2wai adlı mobil tətbiq vasitəsilə istifadəçilər real insanların, hətta dünyasını dəyişmiş qohumlarının rəqəmsal avatarları ilə dialoq aparırmış kimi söhbət edə bilirlər.
Tətbiqdən istifadə üçün sadəcə təxminən üç dəqiqəlik qısa video kifayətdir. Bu material əsasında sistem həmin şəxsin rəqəmsal obrazını yaradır və interfeysə real vaxtda cavab verən, davranışlarını imitasiya edən chatbot yerləşdirir.
Yenilik ictimaiyyətdə birmənalı qarşılanmayıb. İstifadəçilər əsasən iki məqamdan narahatdırlar:
Vəfat etmiş insanların rəqəmsal surətlərinin reklam məqsədləri üçün istifadə oluna bilməsi;
Məlumatların məxfiliyi ilə bağlı risklər.
Bu səbəbdən tətbiq həm maraq, həm də ciddi etirazlarla qarşılanır.
Musavat.com