ABŞ-da yenidən Donald Trampın siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirilir.
Musavat.com xəbər verir ki, Vaşinqton və digər şəhərlərdə minlərlə insan "Krallara yox" (No Kings) şüarı altında küçələrə çıxaraq prezident səlahiyyətlərinin genişləndirilməsinə və vətəndaş azadlıqlarının məhdudlaşdırılmasına etiraz edib.
Etirazçılar “Demokratiyada krallara yer yoxdur” kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Aksiyalar sülh şəraitində, insidentsiz keçib.
Musavat.com