ABŞ-da mağazada atışma: iki nəfər ölüb

Amerikanın Fordays şəhərində (Arkanzas ştatı) atışma nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” polisə istinadən məlumat yayıb.

Hadisə ərzaq mağazasında baş verib. Cinayətkarın həbs zamanı yaralandığı qeyd edilir.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.

22.06.2024 02:14
286