ABŞ-da benzin qiymətləri 4 ilin maksimumuna çatdı

ABŞ-da bir qallon (3,79 litr) benzinin orta qiyməti 4 dolları keçib.

Musavat.com yanacaq qiymətlərini izləyən GasBuddy portalının məlumatlarına istinadən xəbər verir ki, bu, 2022-ci ilin avqust ayından bəri rekord səviyyədir.

Hazırda ABŞ-da ən yüksək yanacaq qiyməti Kaliforniyadadır, burada istehlakçılar bir qallon üçün 5,86 dollar ödəməli olurlar.

Musavat.com

31.03.2026 09:57
821