7 gündür axtarılırdı - Dənizdən ölü tapıldı

Sumqayıtda itkin düşən gəncin meyiti tapılıb.

Musavat.com xəbər verir ki, 7 gündür axtarılan Adil Kərimovun meyiti bu gün Sumqayıt bulvarı ərazisində dənizdən aşkarlanıb.

Onun hansı şəraitdə və hansı səbəbdən həyatını itirdiyi hələlik məlum deyil.

Xatırladaq ki, Adil Kərimov iyulun 13-də saat 23:00 radələrində yaşadığı ünvandan çıxaraq Sumqayıt bulvarı istiqamətində yollanmışdı. Həmin vaxtdan sonra o, evə qayıtmamış, yaxınları isə onunla əlaqə saxlaya bilməmişdi.

Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Musavat.com

21.07.2026 15:06
1149