24 yaşlı qız və sevgilisinin mənzildə meyitləri tapıldı - FOTO

Türkiyədə 24 yaşlı qız və 31 yaşlı sevgilisinin mənzildə meyitləri tapılıb.

Hakkarinin Yüksekova rayonunda 24 yaşlı Fatma Nur Bezen və 31 yaşlı sevgilisi Muhammet Uzun binanın 4-cü mərtəbəsindəki mənzildə güllələnərək öldürülmüş halda tapılıb.

Oğlanın bir gün əvvəl sevgilisi Fatma Bezeni ziyarət etmək üçün rayona gəldiyi öyrənilib.

Araşdırmaların hələ də davam etdiyi bildirilib./Milli.Az

1213409(2).jpg (34 KB)

22.06.2024 16:16
1460