2026-cı ildə smartfon və noutbuklar “geri gedir”: yaddaş azalır, qiymətlər artır

Ekspertlərin və texnoloji bazar analitiklərinin xəbərdarlığına görə, 2026-cı ildə smartfon və noutbuk bazarında kütləvi keyfiyyət geriləməsi gözlənilir. Musavat.com xəbər verir ki, səbəb operativ yaddaşın (RAM/DRAM) qlobal çatışmazlığı və onun kəskin bahalaşmasıdır.

Vəziyyət bütün istehsalçılara, o cümlədən Apple, Android ekosistemi, eləcə də Windows noutbuk istehsalçılarına təsir edəcək.

Əsas dəyişikliklər

Büdcə smartfonları yenidən 4 GB RAM-la bazara çıxacaq.

Orta seqment modellərdə 8 GB RAM normaya çevriləcək.

Yüksək səviyyəli, aparıcı modellər isə çox vaxt 12 GB RAM ilə kifayətlənəcək.

Noutbuklarda orta səviyyə modellər əsasən 8 GB, bahalı modellər isə 16 GB RAM ilə məhdudlaşacaq.

Bu, son illərdə artan yaddaş standartları fonunda geri addım kimi qiymətləndirilir.

Qiymətlər niyə artır?

Analitiklərin fikrincə, əsas istehsalçılar — Samsung, SK Hynix, Micron — yaddaş istehsalını əsasən süni intellekt serverləri və data mərkəzləri üçün yönləndirir. Bu sahədə gəlirlilik daha yüksək olduğu üçün istehlak bazarı ikinci plana keçir.

Nəticədə operativ yaddaş bahalaşır, texnika isə daha baha qiymətə, lakin daha zəif texniki göstəricilərlə satışa çıxarılır.

14.12.2025 20:10
1033