20 fevral yarandı, 20 sentyabrda gömüldü – 38 il əvvəlin BU GÜNÜ...

Bu gün – fevralın 20-i, düz 38 il əvvəl Qarabağda separatçı hərəkatın yaranmasının ildönümüdür.

Musavat.com xəbər verir ki, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A. Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verildiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirib.

Əvvəllər gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna) açıq işə keçdi, "Miatsum" (Birləşmə) hərəkatı formalaşdırılıb.

Arayik Harutyunyan: "Biz özümüzü qurban hesab edirik” - "Münaqişə Sovet  İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib"

Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Xankəndidə separatçıların, erməni millətçilərinin mitinqlər dalğası başlayıb. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSRİ Ali Sovetinə müraciət edib. Fevralın 20-də Əsgəran rayonunda erməni separatçı-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması bu hadisələrin alovlanmasına səbəb oldu.

Lakin bir müddət sonra erməni “Qarabağ” komitəsinin tərkibində köklü dəyişikliklər baş verib. Mayın 19-da İqor Muradyan komitədən uzaqlaşdırılıb. Səbəb onun mitinqdəki çıxışı olub. Çıxışında o, hərəkatın heç bir qanunu pozmamaq strategiyasına zidd olaraq silahlı mübarizəyə çağırıb. Erməni mənbələri qeyd edirlər ki, Levon Ter-Petrosyan, Babken Ararktsyan, Vano Siradeghyan, Vazgen Manukyan, Hambardzum Qalstyan, Samvel Gevorgyan, Rafael Ghazaryan, Samson Ghazaryan, Alexan Vardan Akopyan, Aşota Manukarde, Aleksan Vardan və Aşot Manukyandan ibarət yeni yaradılmış 11 nəfərlik "Qarabağ" separatçı komitə formalaşdırılıb. Bu hadisə Qarabağ münaqişəsinin və separatizmin rəsmi başlanğıcı hesab olunur.

Rəsmi Bakının Xankəndi və ətraf ərazilərdə antiterror əməliyyatı  keçirməsi...\" - ŞƏRH | sfera.az

Lakin ermənilərin qondarma rejimi mövcud olduğu illərdə heç Ermənistan tərəfindən müstəqil subyekt kimi tanına bilmədi. Çünki Azərbaycan ərazilərində qurulan kukla “respublika”nın müstəqilliyinin tanınması üçün heç bir beynəlxalq hüquqa uyğun əsas yox idi. Xüsusən də keçmiş Dağlıq Qarabağ ərazisində yaşamış və işğal dövründə etnik təmizləməyə məruz qalmış azərbacyanlıların iştirakı olmadan hər hansı referendum keçirilə, “DQMV” barəsində qərar qəbul oluna bilməzdi.

Nəhayət, 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük müharibədə işğal faktına, 2023-cü il, 19-20 sentyabrında isə bir sutkalıq antiterror əməliyyatı ilə separatizmin mövcudluğuna son qoyuldu. İndi mifik qondarma rejimin əsas rəhbərtləri Bakı həbsxanasında cəzalarını çəkirlər. Beləliklə, Azərbaycan ərazilərində 1988-ci ilin 20 fevralında separatizm yarandı, 2023-cü ilin 20 sentyabrında isə tarixin zibilliyinə göndərilərək gömüldü...

Emil Salamoğlu
Musavat.com

20.02.2026 12:23
1410