Sinqapur tarixinin ən aşağı doğum səviyyəsi ilə mübarizə apararkən uşaq sahibi olan ailələrə göstərilən dəstəyi artırır.
Musavat.com xəbər verir ki, hökumətin açıqladığı yeni paket çərçivəsində hər bir Sinqapur vətəndaşı olan uşaq üçün doğumundan 17 yaşına qədər ümumilikdə təxminən 70 min Sinqapur dolları (55 min ABŞ dolları) məbləğində birbaşa maliyyə dəstəyi təmin ediləcək.
Yeni "SG Child Support Package" çərçivəsində uşaq başına 10 min Sinqapur dolları dəyərində nağd "Baby Gift" veriləcək.
Bundan əlavə, 1-16 yaş arasında hər il 2 min Sinqapur dolları məbləğində "Child Credits" ödənişi olunacaq. Uşağın hesabına 17 yaşında isə daha 10 min Sinqapur dolları yatırılacaq. Bunlara 5 min dollarlıq "MediSave" dəstəyi, təhsil və səhiyyə xərclərində istifadə edilə bilən 5 min dollarlıq hesab dəstəyi və digər təhsil töhfələri də əlavə olunacaq. Beləliklə, ümumi birbaşa dəstək təxminən 70 min Sinqapur dollarına çatacaq.
Yeni paketin ödənişlərinə 2027-ci ilin aprel ayından etibarən başlanılacaq. Dəstəkdən Sinqapur vətəndaşı olan 17 yaş və altındakı uşaqlar yararlana biləcəklər.
Musavat.com