15 İyul Şəhidləri Körpüsündə hərəkət bərpa edildi: Saxlanılan var - FOTO

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya şübhəli nəqliyyat vasitəsini idarə edən şəxsin nəzarətə alındığını bildirib.

Qeyd olunub ki, onun barəsində araşdırma aparılır. Bundan sonra isə körpüdə hərəkət bərpa edilib.

***

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanılıb.

Bu haqda "TRT haber" məlumat yayıb.

Bildirilib ki, körpüdə şübhəli maşın var və hərəkət bu səbəbdən dayandırılıb.

Hadisə yerinə çoxlu sayda polis göndərilib.

 

 

15.06.2024 08:45
919