İnsanlara hürriyət, millətlərə istiqlal!

Yusif Mustafayev ona 104 min borcu olan şəxsi HƏDƏLƏDİ

Əməkdar artist Yusif Mustafayev dostunun ondan 104 min manat borc aldığını və qaytarmadığını deyib. 

Sənətçi bu haqda "Xəzər axşamı" proqramında danışıb.

O bildirib ki, iki dostu ondan yüksək məbləğdə pul borc alıb və qaytarmır:

"Dost kimi əl tutmuşam. 60 min manat birindədir. 3 minini almışam, 57 min qalıb. Digərində 51 min manatdır, 3100 manat almışam, qalanı qalıb. Gedib polisə şikayət etmirəm. Etsəm, sübut da varımdır. Dostum, dedi ki, 3 min borcum var. Verdim, sonra yenə istədi, dəfələrlə vermişəm. Gəlib çıxıb bu qədərə. Oğluma 2008-ci ildə 150 minə ev tikdirdim. Sonra bir dostum məndən pul istədi, 60 min verdim. O vaxtdan qaytarmır. İmkanlı adamlardır. Sadəcə, mənim sadəliyimdən istifadə edirlər. Əgər gətirib pulumu qaytarmasalar adlarını çəkəcəyəm və polisə şikayət edəcəyəm". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2024

12 May 2024

BÜTÜN XƏBƏRLƏR