İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngin dərmanı – “Qreçka” çayının faydası

Qarabaşaq dəmləməsi içmək antioksidant təsiri ilə xərçəngə qarşı təsir edir.

Qastroenteroloq Yekaterina Kaşux heç vaxt eşitmədiyiniz qarabaşaq çayı barədə danışıb:

“Qarabaşaq tərkibində olan rutin flavanoidləri sərbəst radikallarla mübarizə aparır.

Rasionunuza qarabaşaq çayı əlavə etmək lazımdır. Bu çay üçün tatar qarabaşaq toxumları lazımdır. Məhz onda iltihab və xərçənglə mübarizə aparan amin turşuları var.

Qarabaşaqda P vitamini çoxdur, hüceyrə səviyyəsində sərbəst radikalları zərərsizləşdirir.

Bu çay sayəsində allergik reaksiyalar, iltihab azalır. Rutin damarların elastikliyini artırır, təzyiqi normallaşdırır.

Çay immuniteti möhkəmlədir.

Çayı hazırlamaq üçün 95 dərəcə qaynar su istifadə olunur, sonra 4-5 dəqiqə soyudulur və süzülür.

Amma nəzərə alın ki, bu çay dərman deyil, sadəcə profilaktika üçün faydalıdır”.//Medicina.az

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2024

20 May 2024

BÜTÜN XƏBƏRLƏR