İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngə qarşı vaksin HAZIRLANIR - Putin AÇIQLADI

"Rusiya xərçəngə qarşı vaksinlər yaratmağa yaxındır".

Musavat.com "REN TV"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Gələcək Texnologiyalar Forumunun plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, fərdi terapiya metodları kimi xərçəngə qarşı vaksinlərin erkən tətbiqi gözlənilir.

"Biz onko-vaksinlər adlanan - xərçəngə qarşı peyvəndlər və yeni nəsil immunomodulyator dərmanlar yaratmağa yaxınlaşdıq. Və ümid edirəm ki, tezliklə onlardan fərdi terapiya metodları kimi səmərəli istifadə olunacaq" - deyə Rusiya prezidenti vurğulayıb.

Vladimir Putin əlavə edib ki, təkcə ötən il Rusiyanın aparıcı mütəxəssisləri tərəfindən yaradılan 530 yerli dərman qeydiyyata alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR