İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç ayda Rusiyadan Ermənistana yarım milyard dollardan çox pul göndərilib

2024-cü ilin birinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Ermənistana pul köçürmələrinin xalis axını 656,6 milyon dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Mərkəzi Bankının pul siyasəti departamentinin rəhbəri Hayk Avetisyan açıqlayıb.

Onun sözlərinə görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalıb - 2023-cü ilin yanvar-mart aylarında bu rəqəm 1,1 milyard dollar təşkil edib.

Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan jurnalistlərə deyib ki, “bunun bir hissəsi hesablaşma və ödəniş sisteminin fəaliyyəti ilə bağlı ola bilər, lakin daha böyük və daha təsirli amillər, o cümlədən geosiyasi və iqtisadi amillər də var ki, vəsaitlərin hərəkətinə əhəmiyyətli təsir göstərir”.

Qeyd edək ki, ötən ildən bəri Ermənistanla Rusiya arasında münasibətlərin kəskin soyuqlaşması fonunda Ukraynada müharibə başlayanda Ermənistana köçən Rusiya vətəndaşlarının geriyə köçü başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2024

BÜTÜN XƏBƏRLƏR