İnsanlara hürriyət, millətlərə istiqlal!

Taliban altı İran sərhədçisini saxlayıb

Əfqanıstanın radikal “Taliban” hərəkatının üzvləri Fərəh vilayətində altı iranlı sərhədçini dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilərək saxlayıblar.

Məlumata görə, iranlı sərhədçilər Fərəh əyalətinin Əbu Nəsir quru limanı ərazisindən Əfqanıstan ərazisinə qanunsuz daxil olublar.

Saxlanıldıqdan sonra sərhədçilər “Taliban” düşərgəsinə köçürülüblər.

Qeyd edək ki, İran-Əfqanıstan sərhədində tərəflərin bir-birinin ərazisinə qeyri-qanuni daxil olması ilə bağlı qarşılıqlı ittihamları zəminində sərhədçilər arasında münaqişələr mütəmadi olaraq baş verir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2024

BÜTÜN XƏBƏRLƏR